Gündəm

Məktəbli formalarının qiyməti açıqlandı - Bu tarixdən satışa çıxarılır

Yeni məktəbli formalarının satışa çıxarılacağı vaxt və ilkin qiymətlər məlum olub.

ENA.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov məlumat verib.

Onun sözlərinə görə, uzunqol və qısaqol köynəklərin qiyməti təxminən 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunacaq:

"Ümumi qiymət 39 manat olacaq. Qiymətin belə olması materialın yundan hazırlanmasından qaynaqlanır. Yunun bir metri bizə 10 dollara başa gəlir. Jaketlərə gəlincə, onları biz tikmirik. Bu səbəbdən qiymətlərdən hələ xəbərimiz yoxdur”.

E.Əzimov, məktəbli formalarının avqust ayının 17-dən satışa çıxarılacağını vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. Qərara əsasən, bundan öncəki geyim formalarından tədris ilinin sonunadək istifadə etmək mümkün olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)