Gündəm

İrəvanda partlayışda xəsarət alanların sayı 34-ə çatdı - VİDEO

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” ticarət mərkəzində partlayış baş verib.

ENA.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Departamentin mətbuat katibi Hayk Kostanyan partlayışdan sonra ticarət mərkəzində yanğın baş verdiyi üçün hazırda yanğınsöndürmə qruplarının hadisə yerində olduğunu qeyd edib.

“Yanğına “2 nömrəli” artan çətinlik dərəcəsi verilib. Daxili İşlər Nazirliyinin İrəvan Şəhər Xilasetmə İdarəsinin xilasetmə hissəsinin 6 yanğınsöndürən-xilasetmə qrupu həmin yerə yola düşüb”, - deyə bildirilib.

***

İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı 1 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Sarkis Hovhannisyan, parlamentin spikeri Alen Simonyanın hadisə yerində olduğu qeyd edilib.

***

“Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan vətəndaşların sayı 30 nəfərə çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

Onun sözlərinə görə, hazırda partlayış yerində yanğınsöndürmə və axtarış tədbirləri davam etdirilir, dağıntılar altında ölənlərin ola biləcəyi ehtimal edilir.

***

İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 34 nəfərə çatıb. Həmçinin dağıntılar altında 10 nəfərin qaldığı da qeyd olunur.

Partlayış zamanı xəsarət alan beş yaşlı qız hazırda reanimasiyadadır, onun həyatı üçün heç bir təhlükə yoxdur.

Ermənistan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın hələ də söndürülməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)