Komissiyalardan ən çox qazanan banklar hansılardır? – QEYRİ-FAİZ GƏLİRLƏRİNİN RENKİNQİ
Bankların gəlirlərinin formalaşmasında qeyri-faiz gəlirləri də mühüm yer tutur. Bu gəlirlər daha çox haqq və kommisiya, xarici valyuta əməliyyatlarından (exchange), qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən əldə olunur. Qiymətli kağızlar bizim bazarda elə də məşhur olmadığından bu gəlirlərin 80-90 faizi komissiya və haqqlardan formalaşır.
Nəzərə almaq lazımdır ki, cari hesablardakı əməliyyatlar və kreditləşməyə görə komissiya haqlarından olan gəlirlər bu bölmədə toplanır.
Digər qazanc yolu isə dollar alqı-satqısıdır və demək olar ki, bəzi tanınmış, böyük müştəri kütləsi olan banklar bundan çox qazanc tuta bilmirlər. Məsələn, Accessbank-ın bu məhsul üzrə qazancı yoxdur, Yelo Bank isə 3 milyon manat götürüb. Amma Muğanbank daha kiçik bank olsa da, komissiyalardan 15 milyon manat, valyuta əməliyyatlarından isə 6 milyon manat qazanıb.
Ümumilikdə qeyri-faiz gəlirlərində qiymətli kağızların payı hələki çox azdır. Qeyri-faiz gəlirlərinin həcminə görə lider olan Kapital Bank 162 milyon manatı haqq və komissiyalardan qazanıb, qiymətli kağızlardan gəlir “0”.
Ümumi gəlirlərdə qeyri-faiz gəlirlərinin həcminin faiz nisbətinə baxsaq ilk beşlik belədir: Muğanbank, Rabitəbank, Yapı Kredi Bank Azərbaycan, Kapital bank, Bank VTB.
Qeyri-faiz gəlirləri üzrə bankların RENKİNQİ