Qarabağ

Ermənistan istəməsə də Naxçıvanla əlaqə qurulacaq - Nazir

“Araz çayı üzərində ilk körpünün tikintisinə başlanılıb. Azərbaycanın digər ərazilərindən Naxçıvana keçmək üçün alternativimiz var. Ermənistanın prosesi ləngitməsinə baxmayaraq, bu layihə mütləq icra olunacaq”.

ENA.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə mediasına müsahibəsində deyib.

“Ermənistan istəsə də, istəməsə də, Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında alternativ kommunikasiyaların yaradılması baş tutacaq. Regional əməkdaşlıqdan kənarda qalmamaq üçün indi Ermənistana növbəti şans verilib. İrəvan düzgün qərar qəbul etməsə, ən böyük zərər özlərinə dəyəcək”, - XİN başçısı vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)