Sosial iqtisadiyyat

Milli İxrac Strategiyasının layihəsi hökumətə təqdim edilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Milli İxrac Strategiyasının layihəsini hazırlayaraq hökumətə təqdim edib.

Bunu qurumun rəhbəri Yusif Abdullayev deyib.

“Yaxın vaxtlarda starategiyanın təsdiq ediləcəyini gözləyirik. Sənəddə yeni ölkələr, yeni ixrac istiqamətləri öz əksini tapıb. İxracın coğrafiyasının genişləndirilməsi bizim üçün ən önəmli məsələlərdən biridir. Həm kənd təsərrüfatı, həm də sənaye məhsullarının ixracının genişləndirilməsi də strategiyada prioritetdir. Xidmət ixracı da strategiyada yer alıb. Hədəflərimiz qeyri-neft ixracının illik dəyərini 2026-cı ilə qədər 5 milyard ABŞ dollarına çatdırmaqdır”, – deyə o, qeyd edib.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft ixracının ümumi dəyəri 1 682.1 milyon ABŞ dolları, təkcə iyul ayında isə 224.6 milyon ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24.2 % və 17.2 % çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)