Bank

Əməliyyat mənfəətinin 33%-i 23 bankın, 77%-i isə 3 bankın əlində cəmləşib - RENKİNQ

Banklarda gəlir və ya zərər əməliyyat mənfəəti, yaxud da zərəri açıqlamasından birbaşa asılıdır. Əməliyyat mənfəəti - ümumi mənfəət və əməliyyat xərcləri arasındakı fərq nəticəsində yaranan mənfəətdir.

ENA.az-ın apardığı təhlillər göstərir ki, bank sektorunda ikinci rübün nəticələrinə görə 631 milyon manat əməliyyat mənfəəti formalaşıb. Bunun 491 milyon manatı 3 bankın əlində cəmləşib. Bu isə ümumi əməliyyat mənfəətinin 77,8%-ni təşkil edir.

Əməliyyat mənfəətinin həcmi üzrə TOP-5 banklar bunlardır: Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, PAŞA Bank, Xalq Bank, Bank of Baku.

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 25-i ikinci rübün sonuna əməliyyat mənfəəti açıqlayıb. Lakin ehtiyata ayırmalardan asılı olaraq əməliyyat mənfəəti ilə çıxan bank sonda zərər açıqlaya bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)