Ceyhun Bayramov Türkiyəyə gedir
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.
ENA.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat paylaşılıb.
Qeyd olunub ki, C.Bayramovun paytaxt Ankarada baş tutacaq 13-cü Səfirlər Konfransında iştirakı nəzərdə tutulub.