"Günay Sığorta"nın sədri işdən çıxıb

"Günay Sığorta" ASC-nin İdarə Heyətinin sədri Mahir Niftəliyev işdən çıxıb.
Bu barədə şirkətdən bildirilib.
Məlumata görə, onun yerinə təyinat olmayıb.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,2 milyon manatdır. Şirkətin səhmlərinin 67,55%-i Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 40,05%-lik səhmdarı), 32,45%-i isə Mahmud Məmmədova ("Günay Bank"ın 54,35%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.