Gündəm

Londonda səfirliyimizə hücum edənlər kimlərdir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Məlumata görə, radikallar səfirlik binasına daxil olarkən dini şüarlar səsləndirib və əllərində müvafiq bayraqlar tutublar.

Xarici medianın məlumatına görə, hücum “Mehdinin xidmətçiləri ittifaqı” (“The Mahdi Servants Union”) dini qrupunun üzvləri tərəfindən təşkil olunub.  Qrupun lideri Yaser Əl-Həbibdir. O, İran İslam Respublikası hökumətinə qarşı düşmənçilik edir və İranın Ali Rəhbəri Əli Xamneyinin dini etimadnaməsini şübhə altına alır. Təşkilat özünü şiə təriqətinə aid sayır və iranlı Ayətullah Şirazini təqlid edir. Yaser əl-Həbib əslən küveytlidir, Londonda yaşayır. Qeyd edək ki, qrup "Fədak" adlı peyk televiziyasını idarə edir.

Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılaraq saxlanılıb. Hadisə zamanı səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)