Qarabağ

Paşinyan təcili Təhlükəsizlik Şurasını TOPLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.

ENA.az erməni mətbuatına istinadən xəbər verir ki, iclasda Qarabağdakı vəziyyət müzakirə edilib.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Ordumuzun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni terrorçu qruplaşmalarına qarşı həyata keçirdiyi cəza tədbirləri nəticəsində Kəlbəcər rayonunun Heyvalı kəndində artilleriya hərbi hissəsi və azı bir post məhv edilib. 

İlkin məlumatlara görə, əməliyyat nəticəsində 4 silahlı məhv edilib, azı 15 separatçı isə yaralanıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department