Hadisə

Azərbaycanda biznesmen xanım 125 min manatı mənimsəməkdə şübhəli bilinir

Deputatlığa keçmiş namizəd, iş xanımı Xalidə Şirəlizadə barəsində hüquq-mühafizə orqanlarına daha bir müraciət daxil olub.

İyulun 27-də Masallı rayon Polis Şöbəsinə müraciət edən Bakı sakini Y.Kərimova Təklə kənd sakini olan 1968-ci il təvəllüdlü Xalidə Şirəlizadə və onun oğlu Cavidan Şirəlizadə tərəfindən aldadılaraq 125 min manat pulunun ələ keçirildiyini bildirib.

Müraciətlə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, X.Şirəlizadə bir neçə il əvvəl də dələduzluqda ittiham edilib. Belə ki, o, qardaşı Firdovsi Şirəliyev və Suliddin Məmmədov barəsində Cinayət Məcəlləsinin 178—ci (Dələduzluq) maddəsi ilə iş açılıb. Həmin işə görə F.Şirəliyev və S.Məmmədov məhkum edilsə də, X.Şirəlizadənin barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib və azadlıqda qalıb.

X.Şirəlizadə 2010-cu ildə 70 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)