Vakansiyalar

Facility Management Group işçi axtarır - VAKANSİYA

Elektrik

 Son tarix 02 sen 2022 

Vəzi̇fələr:

  • Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın və təmir işlərinin aparılması
  • Elektrik təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması
  • Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi
  • Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi
  • Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi
  • Yeni elektrik qurğu və avadanlıqların quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması
  • Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi
  • Elektrik avadanlıqların əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və alternativ təkliflərin verilməsi
  • Elektrik işlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması

Tələblər:

  • Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil
  • Elektrik ixtisası təsdiq edən təlim şəhadətnaməsi
  • Müvafiq sahə üzrə (elektrik) 5 il təsdiqli iş təcrübəsi
  • Yaşayış və kommersiya ərazilərinə dair elektrik standartlar və tələblər üzrə əsaslı biliklər
  • Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı 
  • Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları
  • Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.

Əmək haqqı 800-1000 azn

Qeyd: İş yeri Ələt azad iqtisadi zonasında yerləşir.

İşçilər servis xidməti ilə təmin olunacaqlar.

Xahiş edirik CV-lərinizi işləmək istədiyiniz vəzifənin adını qeyd etməklə hr@fmg.az e-mail ünvanına göndərəsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department