Azərbaycanda quraqlığa və su çatışmazlığına görə 100 min hektar ərazidə taxıl əkinləri məhv oldu
“Bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş kəskin quraqlığa görə təqribən 100 min hektar ərazidə taxıl əkinləri məhv olub”.
Bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Real TV”yə müsahibəsində bildirib.
“Eyni halı 2020-ci ildə də yaşamışıq və gələcəkdə quraqlığa görə bu kimi halların yaşanması gözlənilir”, – deyə o qeyd edib.
Xatırladaq ki, hazırda ölkədə taxıl biçini davam edir, cari ilin məhsulu üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb, bunun 600 min hektara yaxınını buğda, 400 min hektara yaxınını isə arpa əkinləri təşkil edir.