Rusiya və İran SWIFT-in analoqu üzrə işə başlayıblar
İran və Rusiya SWIFT-ə bənzər banklararası ödəniş sisteminin yaradılması üzərində işləyirlər. Bunu İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri deyib. Onun sözlərinə görə, hər iki ölkə belə bir sistemin öz versiyasını təklif edib.
ENA.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“İndi biz praktiki olaraq çox yaxşı razılaşma əldə etmişik, bunun əsasında iki ölkə arasında valyuta əməliyyatları apara bilərik”, – deyə Mehdi Səfərli qeyd edib.
Xatırladaq ki, martın 12-də SWIFT Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq Avropa İttifaqının (Aİ) tətbiq etdiyi sanksiyalara məruz qalan Rusiya banklarına xidmət göstərməyi dayandırıb.