Turanbank bütün zərərini sildi: Bank ikinci rübdə mənfəət açıqladı
Azərbaycanın bank sektorunda asta-asta, amma həmişə göstəricilərində sabit artım göstərən Turanbank daha çox ənənəvi bank xidmətləri göstərir. Bunu bankın aktivlərində kredit portfelinin həcminin 62% təşkil etməsi və qiymətli kağızlarla əməliyyatlarda çox ehtiyatlı mövqeyi də bunu təsdiqləyir.
Bankın maliyyə vəziyyətinə baxsaq görərik ki, aktivlərin həcmi 10% artaraq 788 milyon 732 min manat artıb. Bank vəsaitinin 489 milyon 774 min manatını kreditlərdə saxlayır. Başqa sözlə, ötən 6 ayda kredit portfelinin 11% artıraraq, əhaliyə daha çox borc pul verib.
Kreditlərin 118 milyon 87 min manatı istehlak, 283 milyon 682 min manatı biznes, 88 milyon manatı daşınmaz əmlak kreditləridir. Bankın aktivlərinin 181 milyon 716 min manatı nağd və bloklaşdırılmış vəsaitlərdədir.
Bankın öhdəlikləri 10,2% artaraq, 699 milyon 325 min manat olub. Bunun 450 milyon 882 min manatını və ya 64,4%-ni depozit portfeli tutur. Fiziki şəxslərin depozitləri 15,1% artaraq 303 milyon 469 min manat olub. Hüquqi şəxslərin hesablarında vəsait isə 12 milyon manat azalaraq 147 milyon manat təşkil edir. Turanbankın Mərkəzi Bank və digər dövlət fondları qarşısında öhdəlikləri bu ilin ötən altı ayında 535 min manat artaraq 117 milyon 678 min manat təşkil edib. Bankın eyni zamanda digər maliyyə qurumlarından aldığı və subordinasiya borcları da artıb.
Bankın cəmi kapitalı 89 milyon 407 min manatdır. Bunun 80 milyon 5 min manatı nizamnamə kapitalıdır. Bankın məcmu kapitalı 96 milyon 492 min manat, məcmu kapitalın adekvatlıq əmsalı isə 17.8%-dir.
2022-ci ilin yarısını Turanbank 1 milyon 710 min manat xalis mənfəətlə başa vurub. Bankın faiz gəlirləri 28 milyon 254 min manat, faiz xərcləri 16 milyon 450 min manat təşkil edib. Qeyri-faiz gəlirləri 5 milyon 516 min manat, qeyri-faiz xərcləri 13 milyon 129 min manat olub. Nəticədə bankın əməliyyat mənfəəti 3 milyon 194 min manat təşkil edib. Bu vəsaitin də 1 milyon 484 min manatı ehtiyata ayrıldığından bank 1 milyon 710 min manatla ikinci rübü yekunlaşdırıb.
Bankın ani likvidlik əmsalına baxsaq, bu 40% təşkil edir, xatırladaq ki, Mərkəzi Bankın qoyduğu minimal tələb 30%-dir. Qeyd edək ki, bankın əvvəlki illərdən 692 min manat zərəri toplanmışdı. Bu rübdə əldə etdiyi mənfəətlə bank zərərini tam olaraq bağlamış oldu və nəticədə hazırda bankın ixtiyarında 1 milyon 18 min manat bölüşdürülməmiş mənfəət mövcuddur.
ENA Maliyyə qrupu