Gündəm

Rusiya rəsmiləri PUA-lara baxmaq üçün İrana səfər edib

Rusiya rəsmiləri bu yaxınlarda İranın istehsal etdiyi pilotsuz uçuş aparatlarını (PUA) nəzərdən keçirmək üçün Tehrana səfər edib.

ENA.az xəbər verir ki, bu iddianı ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan səsləndirib.

Sallivan Rusiya nümayəndələrinin nəzərdən keçirdiyi PUA-ların peykdən görüntülərini yayımlayıb. Nümayəndələr iki dəfə, iyunun 8-də və iyulun 5-də İrana səfər edib.

Bundan əvvəl Sallivan İranın Rusiyaya raketlər daşıyan PUA-lar verməyə hazırlaşdığını bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)