A2Z Technologies işçi axtarır - VAKANSİYA
Tender üzrə mütəxəssis
Son tarix 08 avq 2022
Öhdəliklər:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
- Tenderin əsas şərtlər toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və şirkətin tenderdə iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət edilməsi;
- Müqavilələr üzrə danışıqların aparılması və müvafiq şöbələrlə birgə müqavilələrin hazırlanması;
- Tender üzrə tələb olunan sənədlərin, protokolların hazırlanması, sənədlərin qeydiyyatın aparılması;
- Tender prosesi ilə bağlı beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların, danışıqların aparılması;
- Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
- Müştəri bazasının genişləndirilməsi.
Tələblər:
- Təhsil:
- Müvafiq sahədə ali təhsil
- Texniki səriştələr:
- MS Excel, Power Point, Word yüksək səviyyədə
- Tenderə dair sənədləşmənin yüksək səviyyədə aparılması
- Xarici tenderlərdə iştirak arzuolunandır
- Rus və İngilis dili yüksək səviyyədə
- Təcrübə:
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi
- Yumşaq bacarıqlar:
- Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət
- İnandırma və təqdimat bacarığı
- Nəticəyönümlülük və punktuallılıq
- Təşəbbüskarlılıq və tələbkarlılıq.
Əmək Şəraiti:
- İş rejimi: 5 günlük iş həftəsi
- Əmək haqqı: 800-1200
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını göndərin.
cv@a2z.az