Uşağın anadan olmasına görə birdəfəlik müavinət artırılır
![](https://ena.az/uploads/news/2022-07/_ena_3522c1f8c72e8f947d47d542a_o.jpg)
Azərbaycanda uşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsait daha 4 milyon manat artırılaraq 24 milyon manata çatdırılacaq.
Prezident İlham Əliyev bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib.
Bu artım uşağın doğulmasına görə müavinətin məbləğinin cari ilin əvvəlindən 200 manatdan 300 manata çatdırılması ilə əlaqədardır.