Çin şirkəti “Tesla”nı keçərək elektromobil satışı üzrə lider olub
Çinin “BYD” şirkəti ilin birinci yarısında 641 000-dən çox elektromobil sataraq tarixdə ilk dəfə “Tesla”nı ötüb: altı ayda amerikan istehsalçı müştərilərə 564 000 avtomobil çatdırıb.
ENA.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Beləliklə, “BYD” elektrik avtomobillərinin satışında dünya lideri olub. Bu məqsədə çatmaq üçün şirkət mart ayıdan benzin mühərrikli avtomobillərin istehsalını dayandırıb.
2022-ci ilin beş ayında Çində elektromobillərin istehsalı və satışının həcmi 2 milyon əbədi keçib. Bu müddət ərzində ölkədə 3.58 milyondan çox enerji doldurma stansiyası quraşdırılıb. Çin avtomobil markaları Belçika, Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya və digər inkişaf etmiş ölkələrin bazarlarına çıxıb.
“BYD” Çin, Norveç və Cənubi Amerikanın bəzi ölkələrində avtomobil satır. O, həmçinin akkumulyatorlar və avtomobil hissələri istehsal edir (gələcəkdə Çin istehsalçısı “Tesla” da daxil olmaqla digər avtomobil istehsalçılarına komponentlər verməyi planlaşdırır).
Daha əvvəl bildirilmişdi ki, 2022-ci ilin ikinci rübündə “Tesla” dünya üzrə 254 695 elektrik avtomobil tədarük edib. Bu, birinci rüblə müqayisədə 17.85% azdır. Bunun səbəbi kimi tədarük zəncirlərindəki çətinliklər, eləcə də pandemiya göstərilir. Şirkətin Şanxaydakı zavodu, böyük bir koronavirus epidemiyası və şəhərdə yaranan kilidləmə səbəbiylə məcburi dayanıb.