İranın energetika naziri Azərbaycana gəlir
İranın energetika naziri Əli Əkbər Mehrabian sabah (5 iyul) Azərbaycana bir günlük rəsmi səfər edəcək.
Bu barədə Trend diplomatik mənbəyə istinadən məlumat verir.
Diplomatik məlumatına görə, azərbaycanlı həmkarının rəsmi dəvəti əsasında baş tutacaq səfərdə iranlı naziri 10 nəfərlik heyət müşayiət edir.
Səfər çərçivəsində iranlı nazir Azərbaycan rəsmiləri, o cümlədən Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Baş Nazirin müavini Şahin Mustafayevlə görüşərək danışıqlar aparacaq.