Sığorta

İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri 1 mln. manat artırıldı

Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunda edilən dəyişiklikləri təsdiqləyib.

ENA.az xəbər verir ki, qanuna əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri 1 000 000.0 manat artırılır.

Qanuna əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri 180 375 536.0 manatdan 181 375 536.0 manata çatdırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)