Azərbaycanda 26 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib
Azərbaycan Mərkəzi Bankı 26 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasının qüvvəsini bərpa edib.
ENA.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar iyunun 28-də, "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta agentlərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.