Gürcüstanda 3 min Azərbaycan kapitallı şirkət var. Niyə azərbaycanlı biznesmenlər bu ölkəyə pul yatırır?

Gürcüstanda 3 min Azərbaycan kapitallı şirkət var. Azərbaycanda isə Gürcüstan kapitallı 600 şirkət qeydiyyata alınıb. Gürcüstanın qeyri-neft sektoruna azərbaycanlılar 1,9 milyard dollar pul qoyublar.
ENA.az xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bunun əsas səbəbini belə izah edib:
“Azərbaycanlı iş adamları bizim ölkədə özlərini yaxşı hiss edirlər, çünki bürokratiya yoxdur, iş qurmaq asandı”.
Qeyd edək ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2021-ci ildə 1 milyard dolları ötüb. Bu ilin 4 ayında isə ticarət dövriyyəsinin həcmi 340 milyon dollar olub.