Birja

Moody`s: Rusiya avrobondları üzrə buraxılmış kupon ödənişi defoltdur

Rusiya avrobondları üzrə buraxılmış kupon ödənişini beynəlxalq reytinq agentliyi Moody`s defolt adlandırıb. 

"İyunun 27-də Rusiyanın suveren borcunun sahibləri 30 günlük güzəşt müddəti başa çatana qədər iki, 100 milyon dollarlıq avrobond üzrə kupon ödənişləri almadılar ki, biz bunu öz qaydalarımıza görə defolt hadisəsi hesab edirik", - agentliyin açıqlamasında deyilir.

O, həmçinin gələcəkdə kupon ödənişləri üzrə növbəti defoltların baş vermə ehtimalını qeyd edib.

"Rusiya Prezidentinin 22 iyun tarixli Fərmanı ilə xarici borcun rublla ödənilməsi qaydası tətbiq edilib. Biz belə hesab edirdik ki, müqavilə şərtlərinə uyğun olaraq biz yəqin ki, rublla ödənişləri valyutanın belə dəyişməsinə imkan verməyən istiqrazlar üzrə defolt hesab edəcəyik”, - deyə Moody's-un hesabatında deyilir.

2018-ci ildən sonra Rusiya Federasiyası tərəfindən buraxılmış avrobondlar müəyyən şərtlər daxilində rublla geri alına bilər. Bununla belə, 2018-ci ildən əvvəl buraxılmış avrobondlarda ya alternativ valyuta ehtiyatı yoxdur, ya da yalnız başqa “möhkəm” valyutada (ABŞ dolları, avro, funt sterlinq və ya İsveçrə frankı) ödənişlərə icazə verilir.

Xəbər verildiyi kimi, bazar ertəsi 30 günlük güzəşt müddəti başa çatıb, bu müddət ərzində Rusiya Federasiyası Rusiya-2026 və Rusiya-2036 üzrə kupon ödənişlərinin ödənilməsi məsələsini həll etməli idi.

Eyni zamanda, Rusiya Maliyyə Nazirliyi bəyan edib ki, investorlar üçüncü tərəflərin hərəkətləri səbəbindən Rusiya Federasiyasının suveren avrobondları üzrə ödənişləri almayıblar ki, bu, emissiya sənədlərində defolt hadisəsi kimi birbaşa nəzərdə tutulmayıb.

Avrobondların bu emissiyaları üzrə ödənişlər mayın 27-də bitirdi. Lakin mayın 25-də Rusiya qiymətli kağızları üzrə ödənişlərin alınması üçün zəruri olan əməliyyatlara icazə verən OFAC lisenziyasının müddəti başa çatdı və ABŞ Xəzinədarlığı onu yeniləməyəcəyini əvvəlcədən elan etdi.

Mayın 20-də, gözlənilən ödəniş tarixindən bir həftə əvvəl Rusiya Maliyyə Nazirliyi bu emissiyalar üzrə ödəniş agentinə - NSD-yə vəsait köçürüb və emissiya sənədlərinə uyğun olaraq borc qiymətli kağızlarına xidmət üzrə öhdəliklərini yerinə yetirdiyini elan edib. Ödəniş agenti kimi fəaliyyət göstərən NSD depozitariyə daxil olan avrobond ödənişlərinin əmanətçilərə köçürüldüyünü bildirib. Lakin bu vəsaitlər Euroclear-da “ilişib” və sahiblərinə çatmayıb.

Maliyyə Nazirliyi bazar ertəsi açıqlamasında dövlət qiymətli kağızlarına xidmət üzrə öhdəliklərin avrobond emissiyaları üzrə emissiya sənədlərinə uyğun olaraq tam həcmdə yerinə yetirildiyini bir daha bəyan edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)