Axtar

Bakıda bazardan 2 130 manatlıq gilas oğurlanıb

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsindəki bazarda Tovuz rayon sakini T.Əhmədliyə məxsus 340 kiloqram albalının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini S.Hüseynov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun iyunun 11-də həmin bazarda Abşeron rayon sakini O.Mehdiyevə məxsus 1500 manat, iyunun 27-nə keçən gecə isə Bakı şəhər sakini H.Zabidliyə məxsus 630 manat dəyərində gilas oğurlaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33