İran “Whatsapp” və “Instagram”ı BLOKLAYIR?
İranda hökumətin irəli sürdüyü "Sosial şəbəkə istifadəçilərinin hüquqlarının müdafiəsi" haqqında qanunun qəbulu ilə ölkədə “Whatsapp” və “Instagram” sosial şəbəkələri bloklana bilər.
ENA.az xəbər verir ki, bu barədə İran parlementinin deputatı Qulamrza Nuri bildirib.
Eləcə də oxu: “Telegram”ın pullu versiyası işə salındı
"Sözügedən qanunun qəbulu ilə bağlı müzakirələr elə bir mövqedədir ki, nəticənin necə olacağı bizim üçün naməlumdur. Çünki proses toxunulmaz və sorğulanmaz xarakter alıb. Amma inanırıq ki, bunu xalqa etməzlər", - Nuri söyləyib.