Bank

Yelo Bank-dan 100 000 manatadək mikro biznes krediti

Mikro biznesinizi böyütmək üçün maliyyə dəstəyinə ehtiyacınız var? “Öncə müştəri” prinsipi ilə çalışan Yelo Bank mikro biznesiniz üçün parlaq həllər təklif edir!

Yelo Bank şəxsi biznesini qurmaq və ya genişləndirmək istəyənlərə 100 000 manatadək mikro kreditlər təklif edir. Kreditin maksimal müddəti 36 ay, güzəşt müddəti isə 12 ayadəkdir. Mikro krediti Yelo Bank-dan əldə etmək üçün sizin başqa səbəbləriniz də olacaq. Belə ki, mikro kredit götürmək istəyən sahibkarlardan sığorta və ya hesabın açılması kimi xərclər çıxılmır, kreditin rəsmiləşdirilməsi zamanı şərti girov və ya evə baxış da tələb olunmur. Üstəlik sənədləşmə, qərarın verilməsi prosesi də sürətlidir.

Yelo Bank, həmçinin mikro biznes sahiblərinə kreditlərin karta köçürülməsi imkanını da yaradıb. Xidmətdən istifadə etmək üçün yalnız bir dəfə banka yaxınlaşaraq kart almağınız və krediti rəsmiləşdirməyiniz kifayətdir. Növbəti dəfələrdə kredit vəsaiti birbaşa kart hesabına köçürülür. Qeyd edək ki, bu biznes kartı pulsuzdur.

Yelo Bankdan mikro kredit pul ehtiyacınızı qarşılamağa kömək edəcək. Təklif sizə sərfəli gəlir? O zaman vaxt itirmədən onlayn sifariş edin: https://bit.ly/ylltc

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department