BİZNES

Kənan Nəcəfov: “SOCAR Rumıniyaya 68 milyon dollarlıq investisiya yatırıb”

“Bu günə qədər SOCAR Rumıniyaya 68 milyon dollar investisiya qoyub”.

Bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov deyib.

O bildirib ki, hazırda Rumıniyada SOCAR-ın 729 işçisi var:

“Bundan başqa, orada 67 yanacaqdoldurma məntəqəmiz və 3 yanacaq depomuz mövcuddur. Karbonsuzlaşma, bərpaolunan enerjiyə keçid sahəsində də əməkdaşlığımızı gücləndirmək niyyətindəyik”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)