Ərdoğanın maaşı artdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maaşı artıb.
ENA.az xəbər verir ki, bununla bağlı Ərdoğan 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib.
Qanunda büdcəyə 880 milyard 474 milyon 775 min lirə vəsaitin əlavə edilməsi nəzərdə tutulub. Beləliklə, Prezidentin maaşı 141 min 453 lirəyə (14 000 AZN) yüksələcək.