Danimarka şirkəti Azərbaycanda külək turbinləri quraşdıra bilər
Danimarkanın “Vestas” şirkətinin regional kommersiya direktoru İqor Nusla Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında külək enerjisi sahəsində mövcud potensialdan səmərəli istifadə və investisiya imkanları, külək turbinləri komponentlərinin istehsalının təşkili barədə fikir mübadiləsi aparılıb.
ENA.az xəbər verir ki, bu barədə nazirin birinci müavini Elnur Əliyev məlumat verib.
Eləcə də oxu: Naxçıvanın Azərbaycanın enerji sisteminə qoşulacağı tarix açıqlandı
"Vestas" dünyanın ən iri və ən güclü külək turbinini inşa etməsi ilə tanınır.