Gündəm

Azərbaycanda kifayət qədər boş iş yeri var - Məleykə Abbaszadə

Azərbaycanda kifayət qədər işaxtaran və vakant yeri olan iş yerləri var. Lakin mövcud olan vakansiyalar dolmur və insanlar işsiz qalır".

ENA.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu gün ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qismi əmək bazarında olan tələbləri ödəyə bilirlər:

"Onların bilikləri daha çox nəzəri xarakter daşıyır. Bununla da əmək bazarıda diplomsuz işçi qüvvəsinin sayı artırmış olur. Universitetlərdə bilikləri bazarın tələblərinə uyğun olaraq təkmilləşdirilməsi mühüm olmalıdır".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)