TURİZM

Səudiyyə Ərəbistanı Türkiyəyə səyahət qadağasını ləğv edib

Səudiyyə Ərəbistanı Türkiyəyə səyahət qadağasını ləğv edib.

ENA.az xəbər verir ki, mövzu ilə bağlı SPA rəsmi xəbər agentliyində xəbər dərc olunub.

Covid-19 pandemiyası səbəbilə bir ay əvvəl Türkiyə, Hindistan, Vyetnam və Efiopiyaya tətbiq edilən səyahət qadağasının ləğv edildiyi və pandemiyadakı vəziyyəti ilə bağlı aparılan təhlil nəticəsində sözügedən qərarın qəbul edildiyi bildirilib.

Səudiyyə Ərəbistanı mayın 24-də Covid-19-a yoluxanların artması səbəbindən Türkiyə də daxil olmaqla 16 ölkəyə səyahət qadağası qoyub.

Qadağan olunmuş ölkələr sırasına Türkiyə, Livan, Suriya, İran, Əfqanıstan, Hindistan, Yəmən, Somali, Efiopiya, Konqo Demokratik Respublikası, Liviya, İndoneziya, Vyetnam, Ermənistan, Belarus və Venesuela daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)