Aqrar

Azərbaycanda ilk dəfə olaraq “Albalı və gilas” festivalı keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Azəri Home Chef” şirkəti ilə əməkdaşlıq çərçivəsində ölkədə ilk dəfə olaraq “Albalı və gilas” festivalı keçiriləcək.

25 iyun 2022-ci il tarixində saat 12:00-da Xaçmaz rayonunda “Zəfər” parkında baş tutacaq festivalda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, rayon icra hakimiyyətinin məsul şəxsləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak edəcəklər.
Tədbirin keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi albalı və gilas növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirməkdir.

Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstəriləcək.

Tədbirdə, həmçinin qonaqlar üçün kənd təsərrüfatı şirkətlərinin təqdimatı keçiriləcək, festival iştirakçıları milli kulinariya nümunələri və xarici ölkələrin mətbəxləri ilə tanış olmaq imkanı qazanacaq. Festivalda mədəni-etnoqrafik tədbirlərin təşkil, ağır atletlərin çıxışı, müxtəlif əyləncəli yarışların və müsabiqələrin təşkil olunması nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)