Qazaxıstan Moskvaya cavab olaraq Rusiya kömürünün tranzitini dayandırıb
Qazaxıstanın Rusiya kömürünün tranzitini dayandırıb.
Bu barədə ENA.az xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Qazaxıstan hakimiyyəti öz ərazisində kömür daşıyan 1 700 vaqonun qarşısını kəsib.
Eləcə də bax: Tokayevin bəyanatlarından sonra Rusiya Qazaxıstan neftinin daşınmasını dayandırdı
Xatırladaq ki, Prezident Kasım Jomart-Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bir sıra bəyanatlar səsləndirməsindən sonra Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyub. “Kommersant” nəşri vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verib ki, Qazaxıstanın Qərb alıcılarının onu sanksiyaya məruz qoyan Rusiya markalı “Urals” ilə qarışdırmamaq üçün adını dəyişməyi qərara aldığı neftin ixracı Novorossiysk limanında dayandırılıb.
“Kommersant”ın həmsöhbətlərinin sözlərinə görə, buna səbəb liman sularında İkinci Dünya Müharibəsindən qalma mina ola biləcək obyektlərin tapılmasıdır. Tədqiqat üçün Rusiya limanına ildə 67 milyon ton neft nəql edən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) uzaq yanalma qurğularına bitişik akvatoriya bağlanıb.
Növbəti minatəmizləmə işləri iyunun 20-nə planlaşdırılıb və bu, ayın sonuna qədər davam edə bilər.
İyunun 17-də Vladimir Putinlə görüş zamanı Tokayev qondarma DXR və LXR-in ölkəsi tərəfindən tanınmasının yolverilməz olduğunu açıq şəkildə bəyan edib. Tokayev Rusiyanın Aleksandr Nevski ordenindən də imtina edib. Bildirilir ki, Qazaxıstan liderinin mükafatlandırılması Sankt-Peterburqda keçirilən iqtisadi forum çərçivəsində planlaşdırılıb.