Gündəm

ABŞ rusiyalı oliqarxın hesabındakı 5,3 milyard dolları müsadirə edə bilər

ABŞ-ın Nyu-York federal prokurorluğu rusiyalı oliqarx Konstantin Malofeyevin hesabında olan 5,3 milyard dollardan çox vəsaiti müsadirə etmək niyyətindədir.

ENA.az bu barədə “RBC-Ukraina”ya istinadən xəbər verir.

Malofeyev Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiya siyahısına salınıb. Aprel ayından kommersiya bankı və oliqarxla əlaqəli 40-dan çox fiziki və hüquqi şəxsdən ibarət şəbəkə sanksiyalarla üzləşib.

Vaşinqton hesab edir ki, Malofeyev Rusiya hökumətinin maraqları naminə və ya onun adından hərəkət edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)