“Standard Insurance”ın hərraca çıxarılan 4 əmlakı 2,5 dəfə ucuzlaşıb
Ləğvetmə prosesində olan “Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı hərrac iyulun 1-də keçiriləcək.
Bu barədə ENA.az-a ləğvetmə komissiyasından məlumat verilib.
Məlumatda deyilir ki, ləğv prosesində olan “Standard Insurance”ın ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil onların ümumilikdə satış qiyməti olan 787,5 min manata təkrar açıq hərraca çıxarılacaqdır. Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən növbəlilik qaydasında keçiriləcək.
Hərracda iştirak üçün satış qiymətinin 1 %-i, yəni 7,875 min manat məbləğində beh ödənilməlidir.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:
Daşınmaz əmlak növü | Ünvanı | Ümumi sahəsi | Hərrac qiyməti
AZN |
Beh
AZN |
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil | Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 | 56,6 м² | 787 500 | 7 875 |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 | 46,5м² | |||
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 | 52,7 м² | |||
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 | 114,7 м² |
Hərrac barədə daha ətraflı məlumatla aşağıdakı linkdə tanış ola bilərsiz:
https://e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/tekrar-herrac-barede-elan
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.
Xatırladaq ki, əmlak ilkin olaraq 2 milyon manata şatışa çıxarılmışdı.