Qarabağ

Paşinyan: “Qarabağın statusu” məqsəd deyil

“Qarabağın statusu” məqsəd deyil, Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək vasitəsidir.

ENA.az-ın məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

Onun sözlərinə görə, əgər əvvəllər danışıqlarda Ermənistan tərəfinin Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təminatlarının əsaslandığı konsepsiyasını “Dağlıq Qarabağın statusu” təşkil edirdisə, indi əsas hüquq və təhlükəsizlikdir, ondan isə “status” yaranır.

“Biz bildiririk ki, bu vəziyyətdə status məqsəd deyil, bir vasitədir. O, “Dağlıq Qarabağ əhalisi”nin (ermənilərin-red.) hüquqlarını, azadlıqlarını və təhlükəsizliyini təmin etməlidir. Bu, beynəlxalq ictimaiyyət üçün çox başadüşülən münasibətdir. Amma çox mühüm məqam da var – “Dağlıq Qarabağ əhalisi”nin təhlükəsizliyini, hüquq və azadlıqlarını həqiqətən təmin edən istənilən “status” bizim üçün real həll yolu hesab edilməlidir”, - Paşinyan bildirib.
Paşinyan əlavə edib ki, bu gün Ermənistan qonşuları ilə tam hüquqlu sülhün və regionda sabitliyin bərqərar olması yolu ilə getməyə çalışır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)