Bank

Zakir Nuriyev: "Bu il elektron ticarətin həcmi 3 dəfəyə yaxın artıb"

Bu ilin aprel ayında bank kartlarından elektron ticarətdə istifadə 2,8 dəfə artıb.

ENA.az xəbər verir ki, bunu "Fintex Summit" Maliyyə və Texnologiyalar Sərgisində çıxışı zamanı "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.

Z.Nuriyevin sözlərinə görə, bank kartlarının sayı da artıb: "Həmçinin həmin ayın sonuna olan məlumata görə, bank kartlarının sayı 2 milyon ədəd yaxud 22 % artaraq 11,9 milyona çatıb".

Assosiasiya rəsmisi qeyd edib ki, nağdsız ödənişlərin genişlənməsinə səbəb ölkədə bu sahədə hüquqi çərçivənin də genişlənməsi olub: "Həmçinin məsafədən bank hesablarının açılmasına şəraitin yaraıdlması da buna misaldır".

Z.Nuriyev əlavə edib ki, yeni texnologiyalardan istifadə və rəqəmsallaşma bank sektorunda rəqabətin artmasına və təhlüksəizlik tədbirlərinin gücləndirilməsinə şərait yaradır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)