Lavrov bu gün Paşinyanla, sabah Mirzoyanla görüşəcək
![](https://ena.az/uploads/news/2022-06/_ena_c139071b7554bd29117df5a19_o.jpg)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla görüşəcək.
ENA.az xəbər verir ki, rusiyalı nazir iyunun 8-də Ermənistana işgüzar səfər edəcək.
İyunun 9-da o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla təkbətək və geniş tərkibdə görüşəcək. Görüşdən sonra iki ölkənin xarici işlər nazirləri mətbuat konfransı keçirəcəklər.