Çavuşoğlu: “Sülh sazişi region üçün əhəmiyyətlidir”
Bu gün Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini rusiyalı həmkarımla müzakirə etdik.
ENA.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması region üçün əhəmiyyətlidir. Eyni zamanda Türkiyə Ermənistanla əlaqlərin normallaşması prosesinə diqqətlə yanaşır. Bundan başqa “3+3” əməkdaşlıq platforması da region üçün əhəmiyyətə malikdir. Bu mövzuda da birgə çalışmalıyıq”, - deyə türkiyəli nazir bildirib.
Qeyd edək ki, bu gün Ankarada Türkiyə və Rusiya XİN başçıları arasında görüş keçirilib.