Azərbaycanın ən böyük qadın bank səhmdarı - NƏ QƏDƏR DİVİDENT ALDI?
Ölkədə maliyyə sektoru üzrə 2-ci ən böyük fiziki şəxs səhmdarın payı olduğu “Premum Bank” ASC səhmdarlarına 4 milyon 890 min manat divident ödəyib.
ENA.az xəbər verir ki, ilin əvvəlinə bankın balansında 14 milyon 919 min manat həcmində bölüşdürülməmiş mənfəəti olub. İlin yekunlarının hesabatından sonra səhmdarlara divident ödənib və 20222-ci il aprelin 1-nə bankın bölüşdürülməmiş mənfəəti 10 milyon 29 min manata düşüb.
Qeyd edək ki, Bankın səhmlərinin 84,4%-i Zərifə Həmzəyevaya, 15,2%-i “VIP AVİASİYA Xidmətləri” şirkətinə, 0,31%-i isə Elvira Əhmədovaya məxsusdur.
O, zaman, pay bölgüsünü əsas götürsək, bu dividentin 4 milyon 250 milyon manatı fiziki şəxs olan Zərifə Həmzəyevaya verilib.
Məlumat üçün bildirək ki, bank 2021-ci ildə 3 milyon 179 min manatlıq xalis mənfəət edib.