Gündəm

Türkiyə Ukrayna taxılını endirimlə alacaq

Türkiyə Ukraynadan taxılı 25%-dən çox endirim ilə almaq niyyətindədir.

Bu barədə məlumatı Türkiyənin kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə Ukrayna limanlarından taxıl ixracını bərpa etmək üçün fəal diplomatik səylər göstərir: “Ukrayna ilə taxılın 25%-dən çox endirimlə alınmasına dair razılıq əldə olunub. Lakin onlar təhlükəsizlik və məhsulların ixracı məsələlərində dilemma ilə üzləşiblər və istəyirlər ki, Ukrayna bu prosesdə vasitəçi olaraq çıxış etsin. Rusiya, Ukrayna da bizə etibar edirlər”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)