Birja

Neft yenidən bahalaşır - qiymət

Bugün səhər neft qiymətləri bir gün əvvəl cüzi azalmadan sonra yüksəlməyə davam etdi, treyderlər qlobal yanacaq bazarında tələb və təklif vəziyyətini qiymətləndirirlər.

Londonun ICE Futures birjasında çərşənbə axşamı saat 9:15-ə Brent markalı neftin avqust fyuçerslərinin dəyəri bir barel üçün 120,16 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,65 dollar (0,54%) çoxdur. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında iyul ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 119,20 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,70 dollar (0,59%) çoxdur. Bir gün əvvəl bu müqavilələrin dəyəri 0,37 dollar (0,3%) ucuzlaşaraq 118,50 dollar/barel olub.

Həftə sonu məlum olduğu kimi, “Saudi Aramco” iyul ayında tədarüklə Asiya, Şimal-Qərbi Avropa və Aralıq dənizi üçün ixrac etdiyi bütün növ neftin qiymətini qaldıracaq. Beləliklə, Asiyaya tədarük edilən əsas “Arab Light” markalı neftin qiyməti bir barel üçün 2,1 dollar artacaq və nəticədə Oman və Dubay neft səbətindən bir barel üçün 6,5 dollar baha olacaq.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)