Britaniya Ukraynaya uzaqmənzilli artilleriya verəcək - CONSON
Böyük Britaniya Ukraynaya 80 km məsafədəki hədəfləri vura bilən uzaqmənzilli artilleriya verəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson bildirib.
"Rusiyanın uzaqmənzilli artilleriyası şəhərləri yerlə-yeksan edərkən və günahsız mülki insanları öldürərkən biz dayana bilmərik. Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın davamlı hücumunu effektiv şəkildə dəf edə bilməsi üçün çoxlu raket sistemləri bağışlayacaq", - Conson deyib.