TURİZM

Bakı-Batumi reysləri bərpa olunub

“Buta Airways” aviaşirkəti bu gündən Bakı-Batumi reysləri üzrə birbaşa uçuşları bərpa edib.

Məlumata görə, pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvindən sonra Bakıdan Acarıstan paytaxtına ilk reys həyata keçirilib.

İlk reyslə 100-ə yaxın sərnişin Batumiyə səfər edib.

Acarıstanın Turizm Departamentindən bildirilib ki, “Buta Airways” şirkəti reysləri iyunun sonunadək həftədə iki, iyul ayından isə üç dəfə yerinə yetirəcək.

Batumi beynəlxalq hava limanında sərnişinləri departament rəhbəri və Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə qarşılayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)