BNA 20 marşrut xəttinin hərəkət sxemində dəyişiklik edib
Bakı Şəhər Halqasının əhatə etdiyi küçə və prospektlərdə iyunun 6, gecǝ saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti məhdudlaşacaq. Bu səbəbdən, 20 marşrut xəttinin hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Həmin marşrut xəttləri aşağıdakılardır:
- 1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç, ilə təşkil ediləcəkdir;
- 5 və 88 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m.st olmaqla hərəkəti 28 May m/st. - Puşkin küç., D.Əliyeva küç., 28 May küç, R.Behbudov küç. ilə təşkil ediləcəkdir;
- 6 nömrəli marşrut üzrə avtobusların fəaliyyəti 2 istiqamət üzrə yəni 20-ci Sahə y/m - M.Useynov küçəsi və Axundov bağı – Azadlıq prospekti metro stansiyası istiqamətində təşkil ediləcəkdir;
- 6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə təşkil ediləcəkdir;
- 53 nömrəli marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küç. olmaqla təşkil ediləcəkdir.
- 125 və 127 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m/st olmaqla Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küç., Ş.Bədəlbəyli küç. ilə təşkil ediləcəkdir;
- 61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. – R.Behbudov küç. ilə təşkil ediləcək;
- 65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç., - Ə.Cavad küç., - Azərbaycan pr. ilə təşkil ediləcəkdir;
- 205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç. daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.