Monteneqroya biletlər və turlar satışa çıxarıldı. Qiymətlər necədir?
İyunun 30-dan Montoneqraya Bakıdan birbaşa reyslər açılacaq. Artıq biletlər satışa çıxarılıb və hələki ucuzdur. Xüsusən də tətilini əvvəlcədən planlaşdırmamış şəxslər üçün əla fürsətdir.
Bəs qiymətlər necədir, nələr daxildir, ilk uçuş nə vaxtdır, bu suallara cavab tapmağa çalışacağıq.
“PashaTravel”dən əldə etdiyimiz məlumata görə, erkən rezervasiya qiymətləri aşağıdakı kimidir:
İstiqamət |
Daxildir |
Qiymət |
Bakı-Tivat-Bakı Tarix: 30 İyun... (7 gecə / 8 gün)
|
|
Sara apartments 3* - 739 avro
Dania apartments 3* - 740 avro
|
|
|
|
Bakı-Tivat-Bakı Tarix: 30 İyun... (7 gecə / 8 gün)
|
Qeyd: qiymət 2 nəfərlik otaqda yerləşmə əsasında 1 nəfər üçün hesablanıb |
Fineso hotel 4* - 835 avro
Moskva hotel 4* - 1008 avro |
|
|
|
Bakı-Tivat-Bakı Tarix: 30 İyun... (7 gecə / 8 gün)
|
Qeyd: qiymət 2 nəfərlik otaqda yerləşmə əsasında 1 nəfər üçün hesablanıb |
Maestral hotel 5* - 1842 avro
Regent hotel 5* - 2106 avro
|
Oxucularımıza rahat olsun deyə konkret aşağıdakı nümunəni təqdim edirik. Məsələn, deyək ki, 21.07-28.07 tarixlərdə 4 ulduzlu oteldə qonaqlama şərti ilə 2 böyük üçün qiymətlər belədir:
İstiqamət |
Daxildir |
Qiymət |
Bakı-Tivat-Bakı |
otel+ qidalanma (BB-səhər yeməyi) +aviabilet+sığorta+transfer |
Hotel Magnolia 4* Standard-2063 avro
Hotel Pine 4* Dbl Studio-2172 avro
Hotel Helada 4* Standard-2172 avro
Hotel Astoria Tivat 4* Standard-2242 avro
|
Nəzərə alın ki, hazırda reyslər yenidir deyə, qiymət ucuzdur və tələb artdıqca qiymətlər də yüksələcək.
Qeyd edək ki, Montoneqraya çarter reysləri açılıb, iyunun 30-dan sentyabrın 1-dək Bakı-Tivat-Bakı marşrutu üzrə reyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək. Başlıca məqamlardan biri də odur ki, Bakıdan Montoneqroya getmək üçün viza tələb olunmur.
Montoneqronun dillər əzbəri olan gözəlliyi və orada fərdi səyahəti seçənlər üçün bu linkdəki yazını oxumağı təklif edirik.
AviaTravel