Avtomobil

Azərbaycanda yeni “Lada” modellərinin satışı dayanıb

Azərbaycanda yeni “Lada” modellərinin satışı dayanıb.

ENA.az xəbər verir ki, bu markanın Azərbaycanda rəsmi təmsilçisi “Xəzər-Lada”nın satışları aprel ayından etibarən dayanıb. Səbəb kimi Rusiyada istehsalın dayanması və buna görə də Azərbaycana yeni modellərin gətirilməməsi göstərilir.

Banker.az xəbər verir ki, “Xəzər-Lada”nın rəhbərliyindən məlumatı təsdiqləsələr də, satışların dayanmadığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl şirkətdən verilən açıqlamada iyun ayına qədər bütün sifarişlərin “AvtoVAZ” tərəfindən qəbul edildiyi bildirilmişdi.

Xatırladaq ki, bu ilin birinci rübündə Azərbaycanda 268 yeni “Lada” satılıb. Rusiya avtomobilin markası bu göstərici ilə ən çox satılan avtomobillər siyahısında dördüncü olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)