Azərbaycanda pul bazası mayda 2 % artıb
Bu il iyunun 1-nə Azərbaycanda pul bazası 14 milyard 883,6 milyon manat təşkil edib.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 2,2 % çoxdur.
Pul bazası ilin əvvəlinə nisbətən 17 % azalıb, son 1 ildə isə 7,4 % artıb.