Marketinq və reklam

Yelo Bank-da İnsan hüquqları üzrə müsabiqə baş tutdu

Fəal təhsil dəstəkçisi olan Yelo Bank bu dəfə gənc hüquqşünaslara qapılarını açdı. Bankın maliyyə və təşkilati dəstəyi ilə ELSA Azerbaijan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) tərəfindən İnsan hüquqları I Natiqlik Müsabiqəsi həyata keçirildi. Müsabiqənin 3 gün davam edən yarımfinal və final mərhələləri Bankın Baş ofisinin tədbir zalında baş tutdu.

30 yaşadək gənc hüquqşünaslar seçdikləri və İnsan hüquqlarını əhatə edən mövzularda 10 dəqiqəlik çıxışlar etdilər. Aralarında Yelo Bank hüquqşünaslarının da yer aldığı münsiflər heyəti iştirakçıları mövzuya hakimlik, natiqlik qabiliyyəti, bədən dili, məzmun, analiz və s. keyfiyyətlərə görə dəyərləndirdilər. Münsif xallarına əsasən yarımfinalda ən yüksək xalı toplamış 7 gənc finala keçmək hüququ qazandı. Final 28 May Müstəqillik günü baş tutdu. Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan final mərhələsinin iştirakçıları bu dəfə eyni mövzuda təsdiq və ya inkar mövqeyində yarışdılar. Çıxışların yekununda münsiflər heyətinin verdikləri xala görə 3 ən yaxşı natiq müəyyənləndirilərək qalib seçildi. Hər 3 qalibə sertifikatlar, pul mükafatı və kubok təqdim olundu.

Yelo Bank Korporativ Sosial Məsuliyyət layihələrini ərsəyə gətirərkən gənclərin fərdi inkişafı və işgüzarlıq qabiliyyətinin artırılmasına xüsusi diqqət edir. Bank il sonunadək cəmiyyətimizə daha çox fayda verəcək digər layihələrin də həyata keçirilməsini planlaşdırır.

Bank xidmətləri, o cümlədən, kredit sifarişi haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram  və ya Whatsapp hesablarımıza yazın.

AF6O9095

AF6O8897

AF6O8809

AF6O8824

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)